Yaralılardan biri Gəncəyə gətirilib


22:34     14 Sentyabr 2017 425.jpg

Dünən axşam saatlarında Kürdəmirdə qeydə alınan qəzada xəsarət alan yaralılardan biri Gəncə şəhərinə gətirilib.


Femida.az-ın verdiyi məlumata görə, Gəncə şəhər sakini, Cavad Xan küç ev 98 də yaşayan 1989 cu il təvəllüdlü Nağıyev Xəqani Vaqif oğlu bu gün səhər saatlarında Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. Baş və üz nahiyəsindən ağır xəsarət alan 28 yaşlı gəncin vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, həmin qəzada iki nəfər dünyasını dəyişib. Sərnişin daşıma ilə məşğul olan “Mercedes-Sprinter” markalı mikro avtobus “Kamazla” toqquşub.

Femida.az

Açar sözlər:

Oxunub: 685