Nazirlikdən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
13:22 15 Sentyabr 2017
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (1 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub.
Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 1366
Oxşar xəbərlər
- Nazirlikdən hərbçi olmaq istəyənlərə müraciət
- Nazirlikdən xəbərdarlıq- “Bad rabbit” virusu yayılıb
- Nazirlikdən ərəb turistə 1000 manatlıq cərimə
- Nazirlikdən xəbərdarlıq: Leysan, dolu, qar...
- Nazirlikdən küçələrdə rəhmsiz rəftar olunan heyvanlarla bağlı bəyanat
- Nazirlikdən hava xəbərdarlığı: `3 gün ərzində...`
- Nazirlikdən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
- Nazirlikdən benzinin bahalaşmasına dair ŞƏRH
- Nazirlikdən Tiqran Balayana CAVAB
- Nazirlikdən bayram yarmarkaları ilə bağlı müraciət