Londondakı terakta görə 18 yaşlı gənc saxlanıldı
01:18 17 Sentyabr 2017
Böyük Britaniya polisi Londonun “Parsons Qrin” metrostansiyasında törədilmiş terror aktında şübhəli bilinən 18 yaşlı gənc oğlanı saxlayıb.
Femida.az -ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, şübhəli hüquq-mühafizə orqanlarının Duvr şəhərində apardığı istintaq tədbirləri çərçivəsində saxlanılıb.
Həmin şəxs barədə daha ətraflı məlumat verilmir.
Qeyd edək ki, “Parsons Qrin” metrosunda baş vermiş partlayış nəticəsində 29 nəfər xəsarət alıb.
Oxunub: 612
Oxşar xəbərlər
- Londondakı terrorda yaralananların sayı artır
- Londondakı terrorda azərbaycanlı yaralanmayıb - RƏSMİ
- Londondakı yanğında 58 nəfər itkin düşüb
- Londondakı yanğında ölənlərin sayı artır
- Londondakı yanğında ölənlərin sayı 17-ə çatıb
- Londondakı yanğında 6 nəfər ölüb - VİDEO (YENİLƏNB)
- Londondakı terrora görə üç nəfər saxlanılıb