Biləsuvarda dəhşətli qəza - 4 nəfər ölüb


13:53     20 Sentyabr 2017 f7b57af3-f97e-453f-9d1b-9c33ba8c9285.jpg

Biləsuvar rayonunda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili və "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində 4 nəfərin öldüyü və bir nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ötmə manevri edərkən əks hərəkət zolağına çıxıb, lakin idarəetməni itirərək yol kənarında duran "KamAZ" markalı yük maşınına çırpılıb.

Hadisə yerinə Biləsuvar və Salyan rayonlarının təcili tibbi yardım stansiyasının əməkdaşları çağırılıb. Ölən şəxslərin Lənkəran sakinləri olduğu bildirilir.

Baş verən ağır qəzada ölənlərdən iki nəfərin adı məlum olub.

Onlar Lənkəran sakinləri - Samir Əzizulla oğlu Qasımov və Çingiz Xudaverdi oğlu Nağıyevdir. Ölən digər iki nəfərin və xəsarət alan şəxsin kimliyi dəqiqləşdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 952