Masallıda yol kənarından meyit tapıldı
14:44 21 Sentyabr 2017
Masallıda ölüm hadisəsi baş verib.
Masallı-Lənkəran yolunun Boradigah qəsəbəsi ərazisindən keçən hissəsində 30-35 yaşlarında naməlum kişi meyiti aşkar edilib.
Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Meyitə baxış keçirilərək onun yanından ipə bənzər parça və bir ədəd qanlı şpris aşkar edilib.
Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 728
Oxşar xəbərlər
- Masallıda yarış atlarını oğurladılar
- Masallıda nəhəng qartal tutuldu - FOTO
- Masallıda 20 il əvvəl törədilmiş dəhşətli qətlin üstü açıldı - Meyitin qalıqları tapıldı
- Masallıda mağaza yandı
- Masallıda sürücü sükan arxasında öldü
- Masallıda 6 otaqlı ev yanıb
- Masallıda dördmərtəbəli ev yandı
- Masallıda dördmərtəbəli ev yandı
- Masallıda 50 yaşlı kişini avtomobil vurub
- Masallıda məktəb direktoru yıxılaraq xəsarət alıb