Kərəm Həsənov qəbul keçirəcək
14:52 21 Sentyabr 2017
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 29 sentyabr 2017-ci il tarixində Salyan rayonunda vətəndaş qəbulu keçirəcək.
Komitənin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, qəbul saat 11:00-da Salyan Rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Salyan rayonu ilə yanaşı Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.
Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi:
(02121) 5-52-45, (02125) 5-50-98
Femida.az
Oxunub: 580
Oxşar xəbərlər
- Kərəm Həsənov qəbul keçirdi
- Kərəm Həsənov vətəndaşları qəbul edib
- Kərəm Həsənov Şabranda qəbul keçirdi
- Kərəm Həsənov vətəndaşlarla görüşəcək
- Kərəm Həsənov Ağdamdadır
- Kərəm Həsənovun qəbul vaxtı dəyişdi
- Kərəm Həsənov ağdaşlılarla görüşüb
- Kərəm Həsənov vətəndaşlarla görüşə bilmədi
- Kərəm Həsənova ağır itki
- Kərəm Həsənovdan yerdəyişmə