Zaqataladakı güclü yanğın söndürüldü


13:34     25 Sentyabr 2017 mese_yangini_036.jpg

Zaqatalada yüksək dağlıq-meşəlik ərazidə baş verən yanğın tam söndürülüb.


Femida.az xəbər verir ki, sentyabrın 24-də saat 18:10 radələrində Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində başlayan yanğın bu gün saat 06:45 radələrində tam söndürülüb. Yanğın nəticəsində 3 hektar dağlıq-meşəlik ərazidə xəzəl, kol-kos, quru ot, qurumuş ağac budaqları və qismən qurumuş ağaclar yanıb. Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri, ETSN-in Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları və yerli sakinlər iştirak edib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 839