Voleybol Federasiyasından geri addım: Biletlər kassalara qaytarıldı


19:32     27 Sentyabr 2017 voleybol9.jpg

Xəbər verdiyimiz kimi qadın voleybolçular arasında Avropa çempionatı Azərbaycanda keçirilir.


Postsovet məkanında ilk dəfə Azərbaycanda keçirilən belə nüfuzlu turnirin yarımfinal və final mərhələsi üçün biletlərin yalnız onlayn satılması tamaşaçılar arasında narazılığa səbəb olmuşdu. Bununla bağlı Femida.az -da məlumat vermişdik. Ətraflı BURADAN oxuya bilərsiniz.

Əldə etdiyimiz məlumata görə, həmin problem artıq aradan qaldırılıb. Dünəndən etibarən yarışların yarımfinal və final mərhələsi üçün biletlərin satışı açıq kassalarda həyata keçirilməyə başlanılıb. Bu matçların biletlərini ticarət mərkəzlərindəki "iTicket" satış nöqtələrindən və Milli Gimnastika Arenasının önündəki kassadan ala bilərsiniz.

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan yığması keçirdiyi hər üç oyunda rəqiblərinə qalib gələrək 1/4 finala yüksəlib.

Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 1789