Ənvər Seyidov yenidən xəstəxanaya düşdü


21:40     27 Sentyabr 2017 enver.jpg

Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi Ənvər Seyidov yenidən xəstəxanaya düşüb.


Femida.az Modern.az-a istinadən xəbər verir ki, sentyabrın 25-də hakimin səhhəti qəfil pisləşib. Bu səbəbdən də Ə.Seyidov Mərkəzi Neftçilər Xəstəxanasının ümumi reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxandan faktı təsdiq ediblər. Bildirilib ki, Ənvər Seyidov xəstəxanaya gətirilərkən vəziyyəti kritik olub:

“İki gündür bura gətirilib. Gəldiyi günə nisbətən vəziyyəti sabitləşib, həyati təhlükəsi yoxdur. Üzərində hər hansı cərrahiyyə əməliyyatı aparılmayıb”.

Femida.az

Açar sözlər:

Oxunub: 2068


Oxşar xəbərlər