Yevlaxda 4 otaqlı ev yanıb


02:05     28 Sentyabr 2017 yangin%20hadisesi8.jpg

Yevlaxda yanğın hadisəsi qeydə alınıb.

Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yevlax rayonu, Gülövşə kəndində ümumi sahəsi 190 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 140 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 609