Kərkükdə türkmənlərə SİLAHLI HÜCUM


14:25     28 Sentyabr 2017 iraq%20kerkuk.jpg

Kərkük şəhərində İraq Türkman Cəbhəsi Bürosu və Türkman Cəbhəsinə aid Fazil Antik Mədəniyyət Dərnəyinə silahlı hücum edilib.


Femida.az “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Azadi Polis Mərkəzi əməkdaşı Nejdət Vindavi verdiyi açıqlamada naməlum şəxslərin dərnək binasına atəş açaraq, qaçdığını bildirib.

Vindavi qeyd edib ki, ölən və yaralanan olmayıb, binalara ziyan dəyib. Nejdət Vindavi polisin hadisələri araşdırdığını deyib.

Qeyd edək ki, İraq Kürd Regional Rəhbərliyi qeyri-qanuni referendumunun Kərkükdə keçirilməsindən dolayı vilayət rəhbərliyi tərəfindən mümkün qarışıqlığa qarşı küçəyə çıxma qadağası elan edilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 790


Oxşar xəbərlər