15 hindliyə verilən ölüm hökmünü dəyişdi


20:17     30 Sentyabr 2017 1506766757.jpg

Küveyt həbsxanalarında dustaqlıq həyatı yaşayan 15 hindliyə verilən ölüm hökmü ömürlük həbs cəzası ilə əvəz edilib.


Bu barədə Hindistanın xarici işlər naziri Suşma Svaraj rəsmi "Twitter" hesabında yazıb. Suşma Svaraj Küveytlə danışıqlar nəticəsində ölüm hökmlərinin ləğv edildiyini və 119 Hindistan vətəndaşının cəza müddətinin azaldılmasına razılıq əldə olunduğunu qeyd edib.

Suşma Svaraj Küveyt əmirinə çıxardığı qərara görə Küveyt əmirinə minnətdarlığını bildirib və bu ölkədəki Hindistan səfirliyini həbsxanalardan azad ediləcək hindistanlı vətəndaşlara kömək edəcəklərini söyləyib. M

Femida.az

Açar sözlər:

Oxunub: 975