Suriyada 10 günə 2 mindən çox terrorçu öldürülüb


00:39     01 Oktyabr 2017 qirici_teyyare_0450.jpg

Rusiya Hərbi-Hava Qüvvələrinin Suriya ərazisində son 10 gündə keçirdiyi əməliyyatlar nətucəsində təxminən 2500 terrorçunu məhv edib.


Femida.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

İ. Konaşenkov vurğulayıb ki, Rusiya Hərbi-Hava Qüvvələrinin 19-29 sentyabr tarixlərində dəqiq raket-hava hücumları nəticəsində 2359 terrorçu öldürülüb. Onun sözlərinə görə, təxminən 2700 terroçu isə yaralanıb. Zərərsizləşdirilən terrorçular arasında 16 komandir, eləcə də Rusiya və MDB ölkələrindən olan 400 nəfərin olduğu deyilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1174