XİN bəyanat yaydı - Türkdilli dövlətlərə görə
15:05 03 Oktyabr 2017
Azərbaycan Xarici İşlər Nazirliyi 3 oktyabr Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü ilə bağlı bəyanat yayıb.
Femida.az-ın məlumatına görə, bəyanatda vurğulanıb ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan 2009-cu il Naxçıvan razılaşmasının imzalanmasından etibarən, 3 oktyabr tarixi Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir.
Bildirilib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd təmələ əsaslanır və üzv dövlətlər arasında əməkdaşlıq və həmrəyliyin inkişafı baxımından mühüm regional platformadır: "Azərbaycan Türk Şurasına üzv qardaş dövlətlərlə ikitərəfli və çoxtərəfli tərəfdaşlıq münasibətlərinə yüksək dəyər verir və üzv dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi, regionda və onun hüdudlarından kənarda sülhün qorunub-saxlanılması, ortaq maraqları əhatə edən hərtərəfli və səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi, ticarət və sərmayələr üçün münbit şəraitin yaradılması da daxil olmaqla, təşkilatın məqsəd və məramlarına sadiqdir".
Femida.az
Oxunub: 867
Oxşar xəbərlər
- XİN rəsmisi İtaliyanın Qarabağ münaqişəsindəki rolundan danışdı
- XİN-dən erməni spikerə SƏRT CAVAB
- XİN Səudiyyə Ərəbistanına raket hücumlarını pisləyir
- XİN: Qara siyahıda 600 adam var
- XİN: Azərbaycan Əfqanıstanda hərbi qulluqçuların sayını artıracaq
- XİN-dən 200 azərbaycanlı qadının saxlanılması xəbərinə reaksiya
- XİN rəhbəri Baş Nazirinin müavini ilə görüşüb
- XİN Ermənistan rəhbərliyinə BMT-nin qətnamələrini oxumağı məsləhət gördü
- XİN türkiyəli siyasilərin Qarabağa səfərini araşdırır
- XİN ABŞ konqressmenlərini `qara siyahı`ya saldı