Səfir etimadnaməsini prezidentə təqdim edib


16:34     03 Oktyabr 2017 15070131053517856557_1000x669_1507014536.jpg

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Paraqvay Respublikasının Prezidenti Orasio Kartesə təqdim edib.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Paraqvay Prezidentinə çatdırıb.

Prezident O.Kartes də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə diplomat Prezident O.Kartesə Azərbaycan haqqında ətraflı məlumat verib. Söhbət zamanı Azərbaycan və Paraqvay arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident O.Kartes səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Femida.az

Açar sözlər:

Oxunub: 839