Prokuror Bakıda qadını şantaj edən şəxsə cəza istəyib


20:53     06 Oktyabr 2017 hokm%20ceza%20mehkeme_yeni3.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Pünhan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az-ın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, P. Abdullayevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses oktyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, bu il aprelin 17-də Nərimanov rayonu ərazisində Mingəçevir şəhər sakini Pünhan Abdullayev Bakı şəhər sakini olan qadın barədə rüsvayedici məlumat yayacağı ilə hədə-qorxu gəlib ondan 1500 manat pul alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 775