Usubov Gəncəyə gedir
01:30 07 Oktyabr 2017
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gəncə şəhərində vətəndaşları qəbul edəcək.
Daxili İşlər Nazirliyindən (DİN) Femida.az -a verilən məlumata görə, görüş oktyabrın 28-də, saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində təşkil olunacaq.
Qəbulda Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Oxunub: 802
Oxşar xəbərlər
- Usubovdan yeni təyinat
- Usubov daha bir rəisi işdən çıxardı
- Usubov iki rayonun polis rəisini dəyişdirdi
- Usubov qiyam zamanı həlak olan polisin oğluna vəzifə verdi - FOTO
- Usubov vətəndaşları qəbul edəcək
- Usubov iclas keçirdi - Ciddi xəbərdarlıq etdi
- Usubov kollegiya iclası keçirib
- Usubov Lənkərana gedir
- Usubov vətəndaşları qəbul etdi - Şəkidə
- Usubov Şəkiyə gedir