215 vəzifəli şəxs barəsində cinayət işi açılıb


15:39     09 Oktyabr 2017 vezifeli%20hebs.jpg

"Bu il 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib".


Femida.az-ın xəbərinə görə, bunu Baş prokurorun müavini, Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, hazırda Baş İdarənin icraatında 118 cinayət işi istintaq olunur.

"Bank sahəsi ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb. Eyni zamanda, mənzil - tikinti sahəsi, bank olmayan kredit təşkilatlarının vəzifəli şəxsləri barəsində hazırda Baş İdarədə cinayət işləri istintaq olunur", - deyə K. Əliyev qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 692