Oğuzda qəza: 6 yaşlı qız öldü
13:11 12 Oktyabr 2017
Oğuzda 6 yaşlı qızı maşın vurub.
Femida.az xəbər verir ki, Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 11-i saat 19.00 radələrində rayonun Padar kənd sakini, 2011-ci il təvəllüdlü Duyğu Nemət qızı Məmmədəliyeva müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxananın qəbul şöbəsinə gətirilib. Lakin onun öldüyü məlum olub.
Məlum olub ki, Duyğu Məmmədəliyeva Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsini keçmək istəyən zaman onu minik avtomobili vurub.
Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin Təhqiqat və İstintaq bölməsində araşdırma aparılır.
Femida.az
Oxunub: 1450
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- İşsizlərə ŞAD XƏBƏR!
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Sarkisyan xəstəxanaya yerləşdirildi
- Salatın Əsgərovanı qətlə yetirən ermənilər kimlərdir? -ADLAR