Qadının bank hesabından pul oğurladılar
15:57 13 Oktyabr 2017
Sentyabrın 6-da DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə zəng edən şəxs Nərimanov rayonu ərazisində bank hesabından pulunun çıxarılaraq oğurlanması barədə məlumat verib.
DİN-in mətbuat xidmətindən Femida.az-a bildirilib ki, məlumatla əlaqədar Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə dəvət olunan həmin qadın izahatında rayon ərazisindəki bankomatlardan birindən hesabından ümumilikdə 2938 manatının çıxarılaraq oğurlandığını bildirib.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğu törədən müəyyənləşdirilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib.
Araşdırmalarla onun həmin qadının qonşusu, Bakı şəhər sakini Hüseyn Muradov olduğu məlum olub və o, törətdiyi əməli etiraf edib.
Müəyyən edilib ki, H. Muradov qonşusunun evdə olmadığı vaxt açar seçmə yolu ilə onun evinə girib, oradan qızıl əşyası və üzərində kodu olan bankomat kartını götürüb. Müxtəlif vaxtlarda həmin hesabdan müəyyən məbləğlər çıxardıqdan sonra isə kartı yenə eyni üsulla qaytararaq yerinə qoyub.
Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq gedir.
Femida.az
Oxunub: 807
Oxşar xəbərlər
- Qadının başını qırxıb qabırğasını sındırdılar - (VİDEO)
- Qadının çantasını alaraq qaçan şəxs tutulub
- Qadının zorla qaçırılması ilə bağlı DİN açıqlama yaydı
- Qadının maşınından pul apardılar
- Qadının kartından pul oğurlayan tutuldu
- Qadının gözünü çıxaranlar apellyasiya şikayəti verib
- Qadının kartını oğurlayıb pul çıxardı - Bakıda
- Qadının çantasından pul apardılar
- Qadının çantasından 10 min pul oğurlandı - Bakıda
- Qadının 19 minlik qızılı oğurlandı