Şamaxıda 5 yaşlı uşaq faciəvi şəkildə ölüb
17:32 24 Oktyabr 2017
Şamaxı rayonunda 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə bu gün səhər saatlarında Şamaxı rayonunun Qaravəlli kəndində qeydə alınıb.
Belə ki, Qaravəlli kənd sakini, 2012-ci il təvəllüdlü Şəfa Zamin qızı Şirinovanın üzərinə ehtiyatsızlıqdan qaynar su tökülüb.
Azyaşlı ailəsi tərəfindən dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Ş.Şirinova evdə oynayarkən sobanın üzərində qaynamaqda olan su qabına toxunub. Nəticədə qaynar su önun üzərinə tökülüb.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının həkimi Solmaz Tağıyev bildirib ki, xəstə gətirilərkən aqanal vəziyyətdə olub: "Azyaşlı döş qəfəsinin ön səthinin hər iki yuxarı ətrafı və sağ budun 3-4-cü dərəcəli termiki yanığı diaqnozu ilə cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".
Faktla bağlı araşdırma aparılır. (Report.az)
Femida.az
Oxunub: 1316
Oxşar xəbərlər
- Şamaxıda dəhşətli qəza: Boru sürücünü ölümcül etdi
- Şamaxıda 4 otaqlı ev yanıb
- Şamaxıda qəribə oğurluq - Məzarlıqdan başdaşları oğurlandı
- Şamaxıda maşın yoldan çıxaraq aşıb
- Şamaxıdakı dəhşətli zəlzələdən 350 il ötür
- Şamaxıda maşın aşdı, sürücü öldü
- Şamaxıda gənc oğlan bıçaqlandı
- Şamaxıda 10-cu sinif şagirdi özünü asıb
- Şamaxıda xilas edilən Rusiya vətəndaşları kimlərdir?
- Şamaxıda Safari Parkı açılıb