İrəvanda tələbələr etiraza qalxdı


23:02     25 Oktyabr 2017 9569322676_4566f9fc3346456456_1508935569_1508936359.jpg

Ermənistanın parlament binası qarşısında tələbələr etiraz aksiyasına başlayıb.


Ermənistan KİV-lərinin yaydığı xəbərə görə, etirazçılar bu gün parlamentdə qəbul edilən "Hərbi xidmət və Hərbi xidmətin statusu haqqında" qanun layihəsinə qarşı olduqlarını deyiblər.

Etirazçılar hesab edirlər ki, müdafə naziri Vigen Sarkisyanın qəbul etdiyi qanunlar onların gələcək həyatına kölgə salır və təhsil imkanlarını məhdudlaşdırır.

"Mənasız yerə üç il xidmət edilməsini istəmirik. Bu kimi şeylərin elmə mane olmasını qəbul etmirik", - etirazçılardan biri deyib.

Hazırda tələbələr müdafiə naziri Vigen Sarkisyan və ya parlamentin Müdafiə və Təhlükəsizlik daimi komissiyasının nümayəndələri ilə görüşmək istəyirlər.

Xatırladaq ki, yeni qanun layihəsi tələbələrə təhsil aldığı dövrdə möhlət verilməsi hüququnu ləğv edir.

Femida.az

Açar sözlər:

Oxunub: 848