Dünən cəbhədə nə baş verib?
13:43 30 Oktyabr 2017
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 103 dəfə pozub.
Femida.az Müdafiə Nazirliyinə istinadən xəbər verir, Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Dovex, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Nerkin Karmirağbur, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Əsrik Cırdaxan kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Abdinli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 880
Oxşar xəbərlər
- Dünən bahalaşan neftimiz bu gün ucuzlaşdı
- Dünən öldürülən erməni əsgəri Rusiyadan gəlibmiş - FOTOLAR
- Dünən 106 cinayət törədilib - 14 nəfər tutulub
- Dünənin yol qəzaları - 2 ölü, 7 yaralı
- Dünən cəbhədə nə baş verib?
- Dünən cəbhədə nə baş verib?
- Dünənki atışmada yaralanan şəxsdən XƏBƏR VAR
- Dünən cəbhədə nə baş verib?
- Dünən 100 cinayət faktı qeydə alınıb
- Dünənki tıxacla bağlı AÇIQLAMA