İraqda yüzdən çox azərbaycanlı qadın və uşaq var - Nazirdən açıqlama
17:48 30 Oktyabr 2017
“İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla Xarici İşlər Nazirliyi ilə bərabər Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğuldur”.
Femida.az-ın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov bildirib. E. Məmmədyarov deyib ki, ilk növbədə İraq hökuməti ilə birgə həmin insanların bu ölkəyə necə getməsi, hansı işlə məşğul olmaları və gələcək taleləri müzakirə olunacaq: "Bu məsələ Bağdaddakı səfirliyimiz və konsulluğumuzun daimi diqqət mərkəzindədir. Bu məsələnin hər birinə fərdi qaydada baxılacaq. İstənilən insanı sadəcə, götürüb ölkəyə gəlmək olmaz. İlk növbədə müvafiq hüquqi məsələlər müəyyənləşdirilməlidir. İraqda 100-dən bir az çox qadın və uşaq var. Bir ay ərzində bu siyahı tam dəqiqləşəcək".
Qeyd edək ki, bir müddət əvvəl Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə tapılan 2 yaşlı Xədicə və 4 yaşlı Abdulla Bağdad sığınacağına yerləşdirilib. Uşaqların İŞİD-in nəzarətindəki ərazilərə valideynlərinin apardığı barədə məlumatlar yayılıb. Həmin ərazilər terrorçulardan təmizləndikdən sonra isə sahibsiz qalmış uşaqlar təhlükəsizlik qüvvələri tərəfindən İraqa aparılıb.
Bir müddət əvvəl Abdulla Azərbaycana gətirilərək, babasına təhvil verilib.
Femida.az
Oxunub: 784
Oxşar xəbərlər
- İraqda ardıcıl 2 güclü zəlzələ oldu
- İraqda silahlı hərəkat dövlətə təslim oldu
- İraqda İŞİD üzərində qələbəni belə qeyd edəcək
- İraqda 40 uşağın cəsədi aşkarlandı
- İraqda tapılan azərbaycanlı uşaqların şok görüntüsü yayıldı (VİDEO 18+)
- İraqda səsvermə başladı - Kürdüstan yaradılacaqmı?
- İraqda 42 nəfər edam edilib
- İraqda terror: Ölənlər var
- İraqda güclü zəlzələ oldu
- İraqda iki gəmi toqquşub, ölənlər var