22 yaşlı qadın itkin düşüb


15:32     02 Noyabr 2017 0174.jpg

Şəkidə qadın itkin düşüb.


DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 1-də Şəki şəhər sakini Amənti Əlimərdanova Şəki şəhər-rayon Polis Şöbəsinə gəlini, 1995-ci il təvəllüdlü Günəş Əlimərdanovanın itkin düşməsi ilə bağlı ərizə ilə müraciət edib.

O, ərizəsində gəlininin oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə yaşadığı evdən çıxaraq naməlum istiqamətdə getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Günəş Əlimərdanova Şəki rayonunun Öryət kənd sakinidir. Onu görənlərdən Şəki PŞ-nə ( tel 02424-4-25-50) müraciət etmələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 867