9 ayda əhali banklara 1,5 milyard xeyir verib
21:04 03 Noyabr 2017
2017-ci il sentyabrın 30-na bank sektorunun xalis mənfəəti 479,7 mln. manat təşkil edib.
Femida.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı hesabata istinadən xəbər verir ki, sentyabrın sonuna bankların faiz gəlirləri 1 mlrd. 437,3 mln. manat, faiz xərcləri isə 687,8 mln. manat olub.
Qeyd olunub ki, cari ilin sentyabr ayının 30-na Azərbaycan banklarında yerləşdirilən depozitlərin məbləği 15 mlrd. 362,4 mln. manat təşkil edib. Belə ki, sentyabrda ölkədə fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin məbləği azalıb. Belə ki, avqust ayı ilə müqayisədə sentyabrda banklar tərəfindən cəlb olunan depozitlərin məbləği 1 mlrd. 172,7 mln. manat azalıb.
Eyni zamanda banklar tərəfindən müştərilərə verilən kreditlərin ümumi məbləği 11 mlrd. 966,9 mln. manat təşkil edib. Bank sektorunun iştirakçılarının məcmu kredit portfeli sentyabrın ayının əvvəli ilə müqayisədə 59,7 mln. manat və ya 0,50% artıb.
Femida.az
Oxunub: 780
Oxşar xəbərlər
- 950 min hektar sahədə taxıl əkiləcək
- 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürüldü
- 9-cu sinif şagirdi dəm qazından zəhərlənib
- 90 nəfərə Bakı məktəblərində iş verildi
- 9 ayda 12 körpü tikilib
- 9 il əvvəl oğurluq etdi, indi tutuldu
- 9 nəfər liftdə qaldı - FHN köməyə gəldi
- 933 nəfər müəllim olmaq hüququ qazanıb
- 9 milyon il əvvələ aid heyvan qalıqları tapıldı
- 9 mindən çox sərxoş sürücü CƏRİMƏLƏNDİ