Neftimizin qiyməti 63 dolları keçdi - Yeni rekord


16:05     04 Noyabr 2017 azrbaycan-nefti-24.jpg

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,73 dollar və yaxud 1,16% artıb.

Femida.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 63,62 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1802