Qubada ayını öldürüb, dərisini soyanlara cinayət işi açıldı
20:05 04 Noyabr 2017
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Şahdag Milli Parkının Quba rayonu ərazisində yerləşən hissəsində qanunsuz olaraq qonur ayının ovlanması ilə bağlı Baş Prokurorluğa daxil olmuş material araşdırılıb.
Baş Prokurorluqdan Femida.az-a verilən məlumata görə, araşdırmalarla oktyabrın 28-də Şahdag Milli Parkının Quba rayonu ərazisində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 3-3,5 yaşında bir baş qonur ayının qanunsuz olaraq ovlanması və bununla da təbiətə 1200 manat məbləğində ziyan vurulması müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 258.3.2-ci (qanunsuz ov etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması aidiyyəti üzrə Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb.
Hazırda cinayəti törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 1281
Oxşar xəbərlər
- Qubada 3 alpinist itkin düşdü - FHN helikopter göndərdi
- Qubada Bayraq Muzeyi istifadəyə verilib
- Qubada 6 ay əvvəl baş vermiş uşaq ölümü ilə bağlı TƏFƏRRÜAT
- Qubada maşın körpüdən çaya düşüb, 5 yaralı var
- Qubada qətl - Tutulan var
- Qubada azyaşlı yıxılaraq xəsarət alıb
- Qubada 5 otaqlı ev yanıb
- Qubada yanğın olub
- Qubada iqtisadi islahatlar müzakirə edilib
- Qubada həyat yoldaşını baltalayan şəxsə 18 il həbs