Sabiq deputatın oğlunun məhkəməsi başladı
15:57 06 Noyabr 2017
Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Femida.az xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasa jurnalistlər buraxılmayıb.
Hakim ancaq ailə üzvlərinin zala buraxılmasına göstəriş verib.
Qeyd edək ki, Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ə. Salahzadə "Azərsu" ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.
Femida.az
Oxunub: 958
Oxşar xəbərlər
- Sabiq vitse-prezidentə 63 il həbs cəzası verildi
- Sabiq baş nazirin oğlu evində ölü tapılıb
- Sabiq deputat vəfat etdi
- Sabiq polis rəisi: Bakı küçələrində elə adamlar dilənir ki, villaları var
- Sabiq deputatın oğlu yeni vəkilindən imtina etdi
- Sabiq polis mayoru bağ evində narkotik yetişdirirdi
- Sabiq deputat vəfat edib
- Sabiq rektorun evini qarət edən şəxslərə hökm oxundu
- Sabiq deputatın oğlu MƏHKƏMƏ QARŞISINDA
- Sabiq deputatın oğlu DİN-in Baş İdarəsini məhkəməyə verdi