İnsan alveri qurbanları üçün sığınacaq açılacaq - Nazirdən açıqlama


17:47     08 Noyabr 2017 Selim667.jpg

"Göyçayda 2 mərtəbəli sığınacağın açılması nəzərdə tutulur. Artıq işlər yekunlaşmaq üzrədir. Onun I mərtəbəsində insan alveri qurbanlarına yardım mərkəzi, II mərtəbəsində məişət zorakılığı qurbanları üçün sığınacaq olacaq".


Femida.az -ın verdiyi xəbərə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.
O qeyd edib ki, artıq Bakıda Avropa standartlarına cavab verən iki sığınacaq fəaliyyətə başlayıb: “Gələn ilin əsaslı vəsait qoyuluşun ilkin layihəsi var. Burada Bakıda, Lənkəranda və Xaçmazda məişət zorakılğından əziyyət çəkənlər üçün 3 sığınacağın yaradılması nəzərdə tutulur".
Nazir bildirib ki, 10 QHT-yə məişət zorakılığı sahəsi üzrə akkreditasiya verilib və onlardan 4-nün sığınacağı (2-si Bakıda, 2-si Gəncədə) var.

Femida.az

Açar sözlər:

Oxunub: 995