Xaçmazda uçan körpü yenilənib
22:09 10 Noyabr 2017
Xaçmaz rayonunda sel nəticəsində tamamilə sıradan çıxmış avtomobil körpüsü sökülərək yenisi ilə əvəzlənib.
“Azəravtoyol” ASC-dən Femida.az-a verilən məlumata görə, yeni körpü Xaçmaz rayonunun Qaraçay-cek və Aşağı Zeyid kəndləri arasında Qaraçay üzərində inşa edilib.
Yeni avtomobil körpüsü biraşırımlı olmaqla 14 metr uzunluğunda və 5,5 metr enindədir. Körpünün konstruksiyası dəmir-betondur və 60 ton ağırlığa hesablanıb.
Qeyd edək ki, bu ilin sentyabr ayında yağan intensiv yağışlardan sonra Qaraçayda yaranan sel suları bundan öncəki körpünün orta dayağını yuyaraq dağııb. Nəticədə 12 metr uzunluğunda və 4,5 metr enində olan körpü iki hissəyə bölünüb.
Əraziyə cəlb olunmuş “Azəravtoyol” ASC-nin mütəxəssisləri, canlı qüvvəsi və texnikaları vasitəsi ilə tikinti işləri qısa müddətdə (22 gün) və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
Femida.az
Oxunub: 703
Oxşar xəbərlər
- Xaçmazda transformator yanıb
- Xaçmazda iki maşın toqquşub, xəsarət alanlar var
- Xaçmazda 4 otaqlı ev yanıb
- Xaçmazda çörək sexi yandı
- Xaçmazda evləri su basdı - Sakinlər təxliyə edildi
- Xaçmazda maşın aşıb - ÖLƏN VAR
- Xaçmazda beton sexi yanıb
- Xaçmazda 6 otaqlı ev yanıb
- Xaçmazda azyaşlını maşın vurdu
- Xaçmazda bir gündə 4 mağaza yanıb