Hərbçilərin olduğu helikopter qəzaya uğradı


18:55     12 Noyabr 2017 helikopter1.jpg

İraqda "Mi-17" vertolyotu qəzaya uğrayıb.


Femida.az-ın məlumatına görə, bu barədə "Iraqi News" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Vasit vilayətində baş verib. Belə ki, təlim uçuşunu həyata keçirən vertolyot Əl-Kut rayonunda, eyniadlı bazada qəzaya uğrayıb.

Hadisə nəticəsində 7 hərbi qulluqçu həlak olub.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Açar sözlər:

Oxunub: 902