Tikinti materialları bazarı canlanır
14:03 17 Noyabr 2017
2017-ci ilin yanvar-oktyabr ayları ərzində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 28,8% artaraq 460,6 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, sementin istehsalı 24,2%, betondan yığma tikinti konstruksiyaların istehsalı 1,8 dəfə, şüşə lifindən ipliyin istehsalı 2,7 dəfə, tikinti kərpici 47,9%, hörmə üçün hazır beton qarışığının istehsalı 53,7% artıb.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-oktyabr aylarında 622,6 mln. manatlıq məhsul istehsal olunub, metallurgiya sənayesində 13,1%-lik, hazır metal məmulatlarının istehsalı sahəsində isə 16%-lik azalma müşahidə olunub. On ay ərzində sahə üzrə 327,5 min ton (9,7% çox) polad tökmə, 556,5 ton (79,4% çox) alüminium çubuqlar, millər və profillər istehsal edilib. Çuqun tökmənin, alüminium ərintilərinin istehsalı və metalların üst təbəqəsinin emalı üzrə xidmətlərin həcmi azalıb.
Femida.az
Oxunub: 836
Oxşar xəbərlər
- Tikintiyə ən az pul xərcləyən rayonlar - SİYAHI
- Tikintisi başa çatmayan binalarla bağlı YENİ QAYDA
- Tikintisi başa çatmayan binadan mənzil alanların nəzərinə
- Tikinti şirkətlərinin vəzifəli şəxslərinə cinayət işi açıldı
- Tikintidə işləyənlərin 31%-nin əmək müqaviləsi yoxdur
- Tikintiyə 3 milyon manat ayrıldı
- Tikinti üçün rəy almaq sadələşir
- Tikinti üçün icazə müddəti azaldılır
- Tikinti sahələrinə kameralar quraşdırılacaq - Hüquqi şərh
- Tikinti materiallarının istehsalı artıb