Qanunsuz kömür istehsalının qarşısı alınıb
17:40 21 Noyabr 2017
Oğuz rayonunda qanunsuz kömür istehsalının qarşısı alınıb.
Bu barədə Femida.az-a DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Oğuzda qanunsuz ağackəsmə, eləcə də kustar üsulla kömür hazırlayıb, ekologiyaya, təbiətə zərər vurulması hallarına qarşı tədbirlər davam etdirilir. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı cari ilin on ayı ərzində Oğuz RPŞ-nin əməkdaşları tərəfindən bir sıra tədbirlər görülüb, bu istiqamətdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə 66 protokol tərtib olunub.
Onlardan 12-si meşəqırma fondundan istifadə, oduncağın tədarük edilib daşınması qaydasının pozulmasına, müvafiq icazə olmadan ağacların və kolların kəsilməsi, məhv edilməsi və zədələnməsinə, 5-i meşə fonduna aid olmayan ağac və kolların kəsilməsinə və ya məhv edilməsinə, 49-u isə meşə fondu torpaqlarının münbit qatının korlanması barədə olub.
Noyabrın 20-də keçirilən növbəti belə tədbirlər nəticəsində isə qanunsuz olaraq kustar üsulla kömür istehsalı ilə məşğul olan 15 rayon sakininə qarşı inzibati qaydada protokollar tərtib olunub, həmin quyuların üstü örtülərək istifadəsinə qadağa qoyulub.
Eləcə də, Oğuz rayon Polis Şöbəsi tərəfindən CM-nin qanunsuz ağac kəsmə maddəsi ilə 2 cinayət faktı qeydə alınaraq araşdırma aparılıb və baxılması üçün məhkəməyə göndərilib.
Femida.az
Oxunub: 864
Oxşar xəbərlər
- Qanunsuz ağac kömürü satanlar cərimələndi
- Qanunsuz tikinti aparanlara qarşı ciddi tədbirlər görüləcək
- Qanunsuz miqrantların sayı minimuma enib
- Qanunsuz kömür hazırlayanlar cərimələnəcək
- Qanunsuz dərman satan həbs edildi
- Qanunsuz ovla məşğul olanlar tutulub
- Qanunsuz ov edən şəxslər saxlanıldı
- Qanunsuz sahibkarlıq faktları aşkarlanıb
- Qanunsuz ağac kəsən şirkət rəhbəri həbs edildi
- Qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi başlanıb