186 min tondan çox pambıq yığılıb
02:54 23 Noyabr 2017
Noyabrın 22-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 186 min 774,14 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən Femida.az-a bildiriblər ki, ötən gün 1265,77 ton pambıq tədarük olunub.
Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı.
Femida.az
Oxunub: 1031