Pakistanın Baş Qərargah rəisi Bakıda müharibələrdən danışıb
20:57 24 Noyabr 2017
Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Hərbi Akademiyanın rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Sonra general Z.M.Hayat Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Hibrid müharibələr və XXI əsr müharibələrinin çağırışları” mövzusunda müxtəlif kateqoriyadan olan zabit heyəti qarşısında mühazirə ilə çıxış edib.
Femida.az
Oxunub: 724
Oxşar xəbərlər
- Pakistanın xarici işlər naziri Bakıdadır
- Pakistanın Baş Qərargah rəisi Azərbaycana gəlir
- Pakistanın baş naziri vəzfəsindən azad olunub
- Pakistanın Milli Assambleyasının spikeri Bakıya gələcək
- Pakistanın baş naziri Azərbaycana gəlib
- Pakistanın baş naziri Azərbaycana gəlir
- Pakistanın baş naziri Bakıya gələcək
- Pakistanın yüksək rütbəli zabitləri Bakıda
- Pakistanın admiralı Azərbaycana gəlir
- Pakistanında partlayış: 15 ölü