Bir neçə oğurluğun üstü açılıb


17:13     25 Noyabr 2017 din%20femida.jpg

Azərbaycanda baş vermiş bir sıra oğurluq hadisələrinin üstü açılıb.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən həmin oğruluqların bir neçəsini təqdim edir:

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 23-də Bakı şəhər sakini olan bir qadının çantasından içərisində 800 manat və sənəd olan pulqabını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Məlum olub ki, oğurluq edən şəxs Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Gülnarə Novruzovadır.

Noyabrın 7-də Bakı şəhər sakini Kənan Məmmədova məxsus mopedi oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rasim Xəlilov Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Bakı şəhər BPİ və Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 23-də paytaxt sakini Kamran Məlikova məxsus 2 baş qoyunu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini Röyal Səfərov saxlanılıb, Bakı şəhər sakini olan daha bir nəfər isə müəyyən edilib. Ətraflarında aparılan tədbirlərlə onların noyabrın 22-də daha 2 nəfərə məxsus qoyunları oğurlamaları da müəyyən edilib.

Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən noyabrın 18-də Bakı şəhər sakini olan bir nəfərin 620 manatını və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Qafil Əliyev saxlanılıb.

Oğurluq etməkdə şübhəli bilindiklərinə görə saxlanılan Emil Quliyevin, Vüsal Abbasovun və Kənan Həsənovun ətrafında Kəpəz RPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların cari il oktyabrın 8-dən noyabrın 21-dək olan müddətdə Gəncə şəhəri ərazisində 6 evdən təmir-tikinti alətləri, gümüş və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 856