“Qarabağ”ın oyunlarının vaxtı dəyişdirildi
19:21 25 Noyabr 2017
Ölkəmizi Çempionlar Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edib.
Femida.az-ın PFL-in saytına istinadən verdiyi xəbərə görə, klub İtaliyanın “Roma” komandası ilə matça daha yaxşı hazırlaşmasını əsas gətirərək Topaz Premyer Liqasının XIV turunda və Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirəcəyi oyunların vaxtının dəyişdirilməsini xahiş edib.
PFL “Qarabağ”ın Azərbaycanı Avropada təmsil etdiyini və klubların razılıq məktubunu rəhbər tutaraq aşağıdakı qərarları qəbul edib:
Topaz Premyer Liqasının XIV turunun “Qarabağ” – “Neftçi” matçı 2 dekabr tarixdən 1 dekabr tarixə keçirilsin.
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – “Qaradağ Lökbatan” və “Neftçi” – “Zaqatala” matçları 29 noyabr tarixdən 28 noyabr tarixə keçirilsin.
Femida.az
Oxunub: 978
Oxşar xəbərlər
- “Qarabağ”ın oyununa 67500 bilet satılıb
- “Qarabağ”ın oyununa gedənlər mütləq oxusun
- “Qarabağ”ın oyununa 2 manatlıq biletlər qalıb
- “Qarabağ”ın ev oyunlarının biletləri satışa çıxarılıb
- “Qarabağ”ın oyununa 30 min bilet satılıb
- “Qarabağ”ın rəqibləri müəyyənləşdi
- “Qarabağ”ın oyununa baxmaq istəyənlərin nəzərinə!
- “Qarabağ”ın potensial rəqibləri - Siyahı
- “Qarabağ”ın Bakı oyununun vaxtı bəlli olub
- “Qarabağ”ın oyununa 15 min bilet satılıb