Azərbaycandan pomidor və kartof ixracı artıb


20:29     27 Noyabr 2017 pomidor2.jpg

2017-ci ilin 10 ayı ərzində 30-dan artıq ölkəyə ümumi çəkisi 408 186,9 ton olmaqla 375 321,6 min dollar dəyərində meyvə-tərəvəz məhsulları ixrac olunub.


Kənd Təsərrüfatı Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu barədə fitosanitariya sahəsində beynəlxalq standartlarin təmin edilməsinə həsr olunmuş tədbirdə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev qeyd edib.

O bildirib ki, bu ötən ilin müvafiq dövrünə nisbətən çəki ifadəsində 44 181,2 ton və ya 54,6 %, dəyər ifadəsində isə 104 479 min dollar və ya 38,6 % çoxdur.

Pomidor və kartof ixracı 50 % dən artıq, soğan və sarımsaq ixracı isə 24,2 dəfə artıb. Eyni zamanda tütün xammalının ixracı 2,1 dəfə, pambıq məhsullarının ixracı isə 6,8 dəfə artıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1199