84 cinayət faktı qeydə alınıb


00:28     29 Noyabr 2017 cinayet%20bicaqlanma4.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 84 cinayət faktı qeydə alınıb, onların da 10-u “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 25 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 482