Cocuq Mərcanlıda 4 hektardan çox ərazi təmizlənib


02:07     04 Dekabr 2017 cocuq%20m.PNG

ANAMA dekabrın 3-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə növbəti gündəlik operativ məlumatını yayıb.


ANAMA Femida.az-a verilən məlumata görə, kənddə gün ərzində 42 100 kv.m (4.21 ha) ərazi tam təmizlənib, 6 500 kv.m (0.65 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 48 600 kv.m (4.86 ha)), mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir. 17 gün ərzində 9 ədəd partlamamış hərbi sursat aşkar edilib.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 517