Yağış, külək, qar... - Bu günün havası
13:21 05 Dekabr 2017
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, havanın temperaturu gecə 5-8° isti, gündüz 10-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
ETSN xəbərdarlıq edir ki, dekabrın 6-sı axşam şimal və qərb rayonlarından başlayaraq 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dekabrın 7-də 4-6° aşağı enəcək.
Femida.az
Oxunub: 1946
Oxşar xəbərlər
- Yağış, qar, güclü külək - Sabahın havası
- Yağış, sulu qar – BU GÜNÜN HAVASI
- Yağış, sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ
- Yağış, qar... - Sabahın havası
- Yağış, külək, leysan ... - XƏBƏRDARLIQ
- Yağış, dolu... - Sabahın havası
- Yağış, qar, duman... - Sabahın havası
- Yağış, külək, qar - Sabahın havası
- Yağış, qar... - Bu günün havası
- Yağış, qar - Sabahın havası