Nazirlik turistlərə müraciət edib
17:22 05 Dekabr 2017
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Parklara onlayn bilet satışı ilə bağlı turistlərə müraciət edib.
ETSN-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumatda bildirilir ki, ölkədə 9 Milli Park - Akademik H. Əliyev adına Zəngəzur Milli Parkı, Ağgöl Milli Parkı, Şirvan Milli Parkı, Hirkan Milli Parkı, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Şahdağ Milli Parkı, Göy-göl Milli Parkı və Samur-Yalama Milli Parkı fəaliyyət göstərir.
ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti 2012-ci ilin avqust ayından elektron xidmətlərin təşkili sahəsində Milli Parklara onlayn bilet satışına başlayıb.
Nazirliyin Elektron xidməti vasitəsilə bu linkə (e-xidmet.eco.gov.az/index.php?lang=az§ionid=3) daxil olaraq Milli Parklara onlayn bilet əldə etmək mümkündür.
Femida.az
Oxunub: 931
Oxşar xəbərlər
- Nazirlik ölkə üzrə reydlərə başladı - Qanunsuz satış edənlər cərimələndi
- Nazirlik əhaliyə müraciət etdi
- Nazirlik cəbhə ilə bağlı məlumat yaydı
- Nazirlik reyd keçirdi - Cərimələnənlər var
- Nazirlik əməkdaşının məhkəməsi başlayıb
- Nazirlik vətəndaşlara müraciət etdi
- Nazirlik vətəndaşın iddiasını əsassız adlandırdı
- Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
- Nazirlik uşaq intiharlarının səbəblərini açıqlayıb
- Nazirlik 42800 manat cərimə yazdı