Bakıya yağış, rayonlara qar yağacaq
17:47 05 Dekabr 2017
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 06-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8, gündüz 8-11, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Dekabrın 06-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 6-11, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 06-da Abşeron yarımadasında rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
Femida.az
Oxunub: 594
Oxşar xəbərlər
- Bakıya 18 metrlik avtobuslar gətiriləcək
- Bakıya 20 ədəd `qarmoşkalı` avtobus gətiriləcək
- Bakıya qar yağacaq
- Bakıya yağış yağdı - Şəhəri tıxac bürüdü
- Bakıya imtahana qələn qız yoxa çıxıb
- Bakıya xəstə köçürülmələrinin sayı azalıb
- Bakıya yeni prokuror TƏYİNATI
- Bakıya satış üçün gətirilən yararsız ət aşkarlandı
- Bakıya qar yağacaq
- Bakıya gətirilən yararsız ətlər zərərsizləşdirildi