Oqtay Əsədov Bişkekə gedir
18:00 06 Dekabr 2017
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclasında və təşkilatın 7-ci plenar sessiyasında iştirak etmək üçün dekabrın 7-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə səfər edəcək.
Parlamentdən Femida.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Sevinc Hüseynova, İlham Əliyev, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
TÜRKPA Assambleya Şurasının iclasında qurumun fəaliyyəti ilə bağlı məsələlər, o cümlədən növbəti plenar sessiyanın gündəliyinə təklif olunan sənəd layihələri müzakirə olunacaq.
Plenar sessiyada “Parlamentin açıqlığı və şəffaflığı: qərarların qəbul edilməsində yeni texnologiyalar” mövzusunda dinləmələr keçiriləcək, bir sıra təşkilatı məsələlərə baxılacaq, qurumun komissiyalarının hesabat məruzələrinə münasibət bildiriləcək. Sessiyada Milli Məclisin Sədri çıxış edəcək. Səfər çərçivəsində parlamentin Spikeri Oqtay Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Səfər dekabrın 8-də başa çatacaq.
Femida.az
Oxunub: 887
Oxşar xəbərlər
- Oqtay Əsədov İrana gedəcək
- Oqtay Əsədov TürkPA Şura iclasında çıxış edib
- Oqtay Əsədov İsmayıl Qəhrəmanla görüşüb
- Oqtay Əsədov xanım deputata: `Milli Məclisə nə vaxt daxil olmusunuz?`
- Oqtay Əsədov neftin qiymətindən danışdı
- Oqtay Əsədovdan deputatlara: `Bir az sakit olun! İclas gedir`
- Oqtay Əsədov İtaliya Senatının sədr müavini ilə görüşüb
- Oqtay Əsədov Minskdə bir sıra görüşlər keçirib
- Oqtay Əsədov Belarusdadır
- Oqtay Əsədov Belarusa səfər edib