Salyandakı dəhşətli qətllə bağlı YENİ XƏBƏR


18:27     08 Dekabr 2017 e9051c1105c6a2a82e8402ea4257ac4c.jpg

Salyanda ailə başçısı tərəfindən öldürülən beş nəfərin meyiti ailəsinə təhvil verilib.


Femida.az “Ucnoqta.az”a istinadən xəbər verir ki, bütün araşdırmalar aparıldıqdan sonra, bu gün səhər meyitlər ailənin yaxınlarına təhvil verilib.

Qeyd edək ki, ana və 4 qızının 3 il öncə əri və oğlu tərəfindən öldürülməsi “Xəzər TV” də yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişindən sonra bəlli olub. Belə ki, efirdə ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər.

Daha sonra hüquq mühafizə orqanları məsələ ilə bağlı araşdırmaya başlayıb və cinayəti törədən ata və oğul həbs edilib.Cinayətin törədildiyi yer bəlli edilərək meyitlər-Mehparə Nadir qızı Əliyeva və dörd qızı - İradə Əliyeva, Rəqibə Əliyeva, Sevda və Ümidə Əliyevalar çıxarılıb və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan şöbəsinə aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 3668