BMT sülhməramlılarına hücum - 19 ölü


01:13     09 Dekabr 2017 kabulda-partlayis-olen-ve-yaralanan-var-3692.jpg

Konqoda BMT missiyasına silahlıların hücumu nəticəsində 19 nəfər ölüb, 53 nəfər yaralanıb.


Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, üsyançı “Birləşmiş Demokratik Qüvvələr” (ADF) qruplaşması axşam saatlarında BMT Sabitlik Missiyasının (MONUSCO) bazasına hücum edib.

Toqquşmalarda 14 BMT sülhməramlısı, 5 hərbçi ölüb. 53 sülhməramlı yaralanıb. Ölən və yaralananların vətəndaşlığı hələki dəqiqləşdirilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 671