Bərdədə narkotik alverçiləri tutulublar
17:08 09 Dekabr 2017
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Seyfəddin Kazımov şübhəli şəxs qismində saxlanılıb.
Femida.az xəbər verir ki, onun üzərindən polietilen bağlamada heroin aşkarlanaraq götürülüb.
Əməliyyat tədbirlərini davam etdirən polis əməkdaşları narkotik vasitəni S.Kazımova satmaqda şübhəli bilinən şəhər sakini İqdam Salmanovu da saxlayıb. İ.Salmanovun yaşadığı evə baxış zamanı orada gizlətdiyi çəkisi 578.93 qram marixuana və 4.76 qram heroin aşkarlanıb.
Femida.az
Oxunub: 539
Oxşar xəbərlər
- Bərdədə maşın yanıb
- Bərdədə xəstəxanadan qaçmaq istədi, öldü - FOTO
- Bərdədə piyadanı avtomobil vurub
- Bərdədə mənzildən külli miqdarda pul oğurladılar
- Bərdədə baş verən ana ölümü ilə bağlı cinayət işi başlandı
- Bərdədə kişi meyiti tapılıb
- Bərdədə 4 otaqlı ev yandı
- Bərdədə 4 otaqlı ev yandı
- Bərdədə maşın aşıb - ölən var
- Bərdədə evdən xeyli miqdarda qızıl oğurlayıblar