Qarabağda erməni əsgər güllələnərək öldürülüb
19:01 16 Dekabr 2017
Erməni əsgərlər arasında baş verən mübahisə ölüm hadisəsi ilə nəticələnib.
Femida.az Ordu.az-a istinadən xəbər verir ki, dekabrın 11-də işğal altında olan Qarabağda döyüş mövqelərində əsgər Narek Adibekyanın öldürülməsiylə əlaqədar yeni detallar məlum olub.
Məlumata görə, sıravi erməni əsgərləri arasında mübahisə baş verib. Adıbekyanın Xaçatryanın valideynlərinə qarşı təhqiramiz ifadələr işlətməsi mübahisəni daha da qızışdırıb. Xaçatryan ona təhkim edilmiş silahla Adıbekyan istiqamətinə atəş açıb.
Sonuncu bədəninin müxtəlif nahiyələrindən aldığı yaralar nəticəsində ölüb. Xaçatryan həbs edilib.
Femida.az
Oxunub: 1128
Oxşar xəbərlər
- Qarabağda 2 erməni hərbçi yaralanıb
- Qarabağda erməni əsgəri öldürülüb
- Qarabağdakı Avropa şirkətlərinə xəbərdarlıq - Cinayət məsuliyyəti...
- Qarabağda 12 erməni hərbçisi öldü – Düşmən ordusunda ŞOK
- Qarabağda hərbi hissədə partlayış olub: Ölən və yaralılar var
- Qarabağda erməni əsgəri məhv edildi
- Qarabağda erməni əsgərlər aclıqdan oğurluq edir
- Qarabağda düşmən ordusu itki verdi
- Qarabağda 2 erməni hərbçi ağır yaralandı
- Qarabağda erməni hərbçilər qəzaya düşdü - 15 yaralı