Gəncədə evdə partlayış: 14 yaşlı oğlan yaralandı


22:46     16 Dekabr 2017 partlayis%20yangin5.jpg

Gəncədə evdə qaz sızmasından partlayış yaranıb.


Femida.az -ın APA-ya istinadən xəbərinə görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Xəlilov Sabit İmran oğlu evlərində quraşdırılan sobanı yandıran zaman qaz sızmasından partlayış baş verib. S. Xəlilov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 622